Testımonıals

Medipol

Fərxan Fərxan

Nevrologiya Ölkə: Azerbaijan

Nadir növ beyin şişi olan “Kraniofarengioma” diaqnozu ilə xəstəxanamıza oğlunu gətirən Nigar Rəfiyevanın müalicə prosesindən sonra xəstəxanamız haqqında fikirləri.

videonu izləmək üçün basın

Mən, Nigar Rəfiyeva və Fərxan Rəfiyev, Azerbaycandan Bakıdan gəlmişik bura. İlk dəfə Fərxanın  xəstəliyini öyrənəndə biz həkim axtarmağa başladıq. Bir neçə həkim araşdırdıqdan sonra Nejat Akalanı tapdıq. Nejat Akalana zəng etdik, bütün məlumatları e-mail göndərdik, onunla bu xəstəlik barəsində danışdıq. Sağolsun, qəbul etdi, baxdı və dedi ki, gəlin nə lazımdırsa biz köməklik edərik. Artıq üçüncü əməliyyatını edir Fərxanın, Şükür Allaha, əllərinə sağlıq, sağolsun çox kömək oldu bizə. Fərxanı, çətin vəziyyətlərdən, ağır vəziyyətlərdən qurtardı. İnşallah sonrası da çox gözəl olar.

Medipol barədə  bizim fikirlərimiz çox müsbətdir çünki üçüncü dəfədir biz buraya gəlirik. Hər dəfə gələndə də biz burda qalırıq. Bir həftədən artıq qaldığımız vaxtlar da olur. Demək olar ki, biz burda yaşayırıq. Çox rahatdır bura, qalmaq baxımından. Hamı bizə çox isti münasibət göstərir. Həkimizdən və onun komandasından çox razıyıq. Sağolsunlar bizə çox ilgi göstərirlər. Ümumiyyətlə, biz burada olmadığımız vaxtlar da Nejat bəylə, Medipol komandasıyla əlaqə saxlayırıq bütün suallarımıza cavab verir və bizə nə lazımdırsa köməklik edirlər. Çox minnətdarıq, sizə, Medipola, Nejat bəyə. Çox sağolun.